İngiltərənin “Liverpul” klubunun futbolçusu Məhəmməd Salah Premyer Liqa çərçivəsində “Mançester Yunayted”ə “Old Trafford”da ən çox qol vuran futbolçu kimi tarixə düşüb.

Futbolinfo.az xəbər verir ki, misirli hücumçu çempionat matçlarında “qırmızı şeytanlar”ı 6 dəfə məyus etməklə yeni rekorda imza atıb.

31 yaşlı forvard son olaraq 32-ci turun görüşünün 84-cü dəqiqəsində penaltidən fərqlənərək buna nail olub. O, “Mançester Yunayted”lə səfər qarşılaşmalarında 5 qol vuran “Liverpul”un sabiq kapitanı Stiven Cerrardın rekordunu yeniləyib.

“Mançester Yunayted” – “Liverpul” oyunu 2:2 hesabı ilə başa çatıb.

Shares: