Antonio Rudiger Cud Bellingemə heyran olub. “Real”ın müdafiəçisi komanda yoldaşını tərifləməkdən yorulmur.

Futbolinfo.az xəbər verir ki, Almaniya millisinin üzvü yarımmüdafiəçinin yaşından daha böyük göründüyünü deyir: “İlk vaxtlar Bellingemi görəndə bir az çaşdım. Onu o qədər də yaxşı tanımırdım. Aman Tanrım, kişiliyi, xrakteri möhtəşəmdir. 20 yaşında olan biri kimi görünmür. Onun böyük lider olacağına əminəm. Yaşına görə daha təcrübəli təsiri bağışlayır”.

Xatırladaq ki, İngiltərə millisinin üzvü ötən yay Madridə köçüb. İlk gündən komandanın əsas oyunçularından birinə çevrilən Cud “Real”ın növbəti dəfə İspaniya çempionu olmasında önəmli rol oynamaqdadır.

Shares: