Timo Verner “Tottenhem”də qalmaq istəyir. Almaniya millisinin üzvü icarə əsasında çıxış etdiyi London klubundakı durumundan məmnundur.

Futbolinfo.az xəbər verir ki, müqavilə ilə “Lepsiq”ə məxsus olan forvard yayda Almaniyaya qayıtmalıdır. Bundesliqa klubu onu növbəti dəfə icarəyə verməyəcək. İngiltərə klubu 17 milyon avro dəyərində satınalma bəndini aktivləşdirməlidir.

Verner hazırda “Tottenhem”in verəcəyi qərarı gözləyir: “Londonda çox xoşbəxtəm. Bu komandayla, həmkarlarımla hər şey gözəldir. Ümid edirəm hələuzun müddət “Tottenhem”də qalacam”.

Xatırladaq ki, 28 yaşlı Vernerin “Leypsiq”lə müqaviləsi 2026-cı ilin yayında bitəcək.

Shares: