“Red Bull” pilotu Maks Ferstappen Yaponiya qran-prisində yeni nailiyyətə imza atıb. Üçqat dünya çempionu bu yarışda karyerası ərzində liderlik etdiyi dövrələrin sayında 3000-i keçib.

Maks Formula 1 tarixində bu göstəriciyə nail olan dördüncü pilotdur. Hazırda ondan daha çox liderlik edən pilotlar Lyuis Həmilton (5455 dövrə ), Mixael Şumaxer (5111) və Sebastyan Fetteldir (3501).

Həmilton və Verstappendən başqa çıxış edən sürücülər arasında ən yaxşısı Fernando Alonsodur (1773). Karyerasını davam etdirən digər sürücülərdən heç biri 1000 liderlik dövrə həddinə çatmayıb.

Shares: