İngiltərənin “Everton” klubunun 2 xalı silinib.
Futbolinfo.az xəbər verir ki, buna Premyer Liqa təmsilçisinin maliyyə feyr-pley qaydalarını pozması səbəb olub.
Bu barədə Premyer Liqanın mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, ötən il eyni səbəbə görə Şon Dayçın komandasının 10 xalı silinmişdi. Lakin apellyasiya şikayəti verən “Everton”un 4 xalı bərpa olunmuşdu.
Liverpul təmsilçisi hazırda 27 xalla 16-cı pillədə qərarlaşıb.