Türkiyə 1-ci Liqasında 29-cu turun matçları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Bəxtiyar Həsənalızadənin formasını geyindiyi “Tuzlaspor” növbəti matçına çıxıb.
İstanbul klubu səfərdə “Girəsunspor”la qarşılaşıb və 3:0 hesablı qələbəyə sevinib.
Həsənalızadə də bu matçın iştirakçısı olub. 31 yaşlı futbolçu 90 dəqiqə oynayıb, 90-cı dəqiqədə sarı vərəqə alıb. O, komandasının son qolunda məhsuldar ötürmə ilə də yadda qalıb.
“Tuzlaspor” 31 xalla 15-ci pillədədir.