“Qarabağ”ın futbolçuları Avropa klublarının maraq dairəsinə düşməkdə davam edir.
Futbolinfo.az xəbər verir ki, mövsümün sonunda Ağdam təmsilçisini tərk etmək ehtimalı yüksək göstərilən oyunçulardan biri də yarımmüdafiəçi Yassin Benziadır.
Azərbaycan çempionunun heyətində həm Avropa Liqasında, həm də Premyer Liqada parlaq çıxışla diqqət çəkən 29 yaşlı hücumameyilli futbolçu uzun fasilədən sonra yenidən Əlcəzair millisinə də dönüb. Elə Əlcəzair mətbuatının iddiasına görə, Benzia millidə müntəzəm çıxış etmək və 2026-cı ildəki dünya çempionatında yer almaq üçün daha böyük çempionatlarda oynamağın əleyhinə deyil. Pleymeyker məhz yığma amilini nəzərə alaraq, Fransanın 2-ci liqasından gələn təklifi rədd edib. Hazırda oyunçu bir neçə klubun maraq dairəsində olsa da, “Qarabağ”a hələlik rəsmi təklif göndərən olmayıb.
Qeyd edək ki, cari mövsüm “Qarabağ”ın heyətində bütün turnirlərdə 15 qol vuran Yassin Benzianın müqavilə müddəti 2025-ci ilin yayına qədərdir.