Dünya tennis sıralamasında birinci yerdə olan Novak Cokoviçin yeni məşqçisi məlum olub. Xatırladaq ki, bir neçə gün əvvəl serbiyalı tennisçi Qoran İvanişeviçlə əməkdaşlığa son qoymuşdu.

Monte Karloda keçirilən turnirdə Novakın məşqçisi Nenad Zimoniç olacaq. O, Cokoviçlə birlikdə hazırda turnirdədir.

“Nenad buraya mənimlə birlikdə gəlib. Biz 20 ildən artıqdır ki, tanışıq. Onu özümə böyük qardaş sayıram. Daim dəyərli məsləhətləri ilə mənə köməklik göstərib. İvanişeviçlə vidalaşdıqdan sonra Belqraddakı məşqlər zamanı yanımda idi. Əməkdaşlıq xoşuma gəldi və onun Monakoda da olmasını istədim. Nenad cüt yarışlarda dünyanın ən güclülərindən biri olub. Bir neçə dəfə böyük turnirləri qazanıb”, – deyə Cokoviç qeyd edib.

Xatırladaq ki, turnirə srağagün start verilib. Proqrama əsasən, Cokoviç ilk oyununu bu gün keçirəcək.

Shares: