Rusiya millisinin sabiq baş məşqçisi Stanislav Çerçesov təklif alıb-almaması ilə bağlı sualı cavablandırıb.

Futbolinfo.az xəbər verir ki, adı Azərbaycan millisi ilə birgə hallanan 60 yaşlı mütəxəssis ölkəsində çalışmaq arzusunda olduğunu bildirib: “Rusiya klublarından təklifim var. Xaricdən də zənglər gəlir, danışmaq lazımdır. Oranın sənə uyğun olmadığını hiss edəndə vaxt itirməyin mənası yoxdur. Bu keşməkeşli vaxtlarda haradasa yox, öz ölkəmdə işləmək, bura faydalı olmaq istərdim. İndiyə qədər bu mövzuda ciddi müzakirələr aparılmayıb”.

Qeyd edək ki, Stanislav Çerçesovun son iş yeri 2023-cü ilin iyulunda tərk etdiyi Macarıstanın “Ferensvaros” klubu olub.

Shares: