Bu gün qadınlardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxacaq.

Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda evdə İsveçrə ilə qarşılaşacaq. Görüş saat 16:00-da başlayacaq.

16:00. Azərbaycan – İsveçrə

Baş hakim: Alina Peşudur (Rumıniya).

Bakı, “Liv Bona Dea” stadionu.

Qeyd edək ki, B Liqasının 1-ci qrupunda mübarizə aparan Azərbaycan millisi ilk matçında səfərdə Macarıstanla 1:1 hesablı heç-heçə edib. İsveçrə isə Türkiyəni 3:1 hesabı ilə üstələyib.

Shares: