Qadınlar arasında NCAA turnirinin Ayova – Cənubi Karolina final oyunu böyük marağa səbəb olub. Görüş Cənubi Karolina komandasının 87:75 hesablı qələbəsi ilə başa çatıb.

ESPN-in məlumatına görə, televiziya izləyicilərin sayı 18,7 milyon nəfər olub. Oyunun bəzi hissələrində pik tamaşaçı həddi 24 milyon təşkil edib.

Baxış sayı 2023-cü ilin finalı ilə müqayisədə 89%, 2022-ci ilin finalı ilə müqayisədə isə 285% artıb. Bu, 1992-ci ildən bəri qadın kollec basketbolunda ən çox baxılan oyundur.

Üstəlik, 2019-cu ildən bu tərəfə oyun həm peşəkar, həm də kollec turnirlərində kişilər və qadınlar arasında ən çox izlənilən basketbol qarşılaşması olub. Bu müddət ərzində telereytinqə görə tələbə qarşılaşması yalnız futbol matçları və Olimpiadalardan geri qalıb.

Shares: