“Yuventus”un yayda komandaya qatacağı ilk futbolçu müəyyənləşib. Felipe Anderson yayda turinlilərə qoşulacaq.
Futbolinfo.az xəbər verir ki, braziliyalı cinah oyunçusu “Latsio”dan azad agent kim ayrılacaq. Onun “Yuventus”la 3 illik şəxsi müqavilənin detallarını razılaşdırdığı deyilir.
Bu mövsüm 3 qol, 6 məhsuldar ötürmə ilə yadda qalan Anderson 2021-ci ildən Roma klubunda çıxış edirdi.