AFFA-nın yeni rəhbərliyi ölkə futbolunun inkişaf strategiyasını hazırlamaqla məşğuldur. Bunun üçün klubların təklifləri də nəzərə alınacaq.
Futbolinfo.az xəbər verir ki, Klublar Komitəsinin dünən keçirilən iclası da məhz bu məsələyə həsr olunub. AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev klub rəsmiləri ilə bir araya gələrək onlarla məsləhətləşib.
Sonda qərara alınıb ki, klub nümayəndələri təkliflər paket hazırlayıb AFFA-ya təqdim etsin. Aprel ayı bitməmş komitənin daha bir iclası baş tutmalı və təkliflər müzakirə olunaraq ümumləşdirilməlidir. Daha sonra İcraiyyə Komitəsi yığışaraq bir sıra qərarlar qəbul etməlidir.