Ukraynalı idmançılar üçün xüsusi protokol hazırlanacaq. Bu protokol Olimpiya Oyunları üçün nəzərdə tutulub.
Ukrayna Olimpiya Komitəsinin prezidenti Vadim Qutsaytın sözlərinə görə, ukraynalı atletlər rusiyalı idmançıları təbrik etməməli , onlarla eyni şəkildə olmamalı, əllərini sıxmamalı və birgə müsahibə verməməlidirlər.
Prezident protokolun son hazırlanma mərhələsində olduğunu bildirirək , tezliklə bütün idmançılara göndəriləcəyini də bəyan edib. Hazırda son tamamlama işləri beynəlxalq federasiyalarla məsləhətləşmələrə görə aparılır. Protokol tərtib edilərkən , idmançıların cərimə edilməyəcəyi əsas götürülməlidir.