“Beşiktaş”ın İdarə Heyətinin üzvü Feyyaz Uçar “Qarabağ”ın hücumçusu Olavio Juninyonun İstanbul klubuna keçəcəyi ilə bağlı xəbərə münasibət bildirib.
Futbolinfo.az-a açıqlamasında klub rəsmisi bu mövzunun gündəmdə olmadığını bildirib: “Klubun Transfer Komitəsində Juninyo ilə bağlı hər hansı müzakirə olmadı”.
Qeyd edək ki, Türkiyə mətbuatı “Beşiktaş”ın Juninyo üçün artıq “Qarabağ”a müraciət etdiyini yazıb.