AFFA İntizam Komitəsi “Metropoliten” və “Record” futzal klublarına texniki məğlubiyyət verib.

Futbolinfo.az xəbər verir ki, buna “Metropoliten”in I Liqanın 18-ci turunun “Baku Fire-2” ilə oyununa çıxmaması səbəb olub.

“Record” isə Yüksək Liqanın 18-ci turunun “Neftçi” İK ilə matçına çıxmayıb. Bu səbəbdən hər iki qarşılaşma baş tutmayıb.

İntizam Komitəsi buna görə hər iki kluba 0:5 hesablı texniki məğlubiyyət verib.

Shares: