AFFA rəhbərliyi axtarışa çıxıb. Qurum Hakimlər Komitəsinə sədri yenə ölkə xaricində axtarır.
Futbolinfo.az xəbər verir ki, hazırkı sədr Barış Şimşək ilə müqavilənin müddəti uzadılmayacaq. Assosiasiya onun işindən narazıdır və mövsüm bitən kimi üçidi doğrultmayan türkiyəli ilə yollar ayrılacaq.
AFFA yerli kadrlar arasında da seçim edir. Amma böyük ehtimalla yeni sədr əcnəbi olacaq.
Ümumiyyətlə, yaxın günlərdə AFFA-da bir sıra şəxlərlə bağlı qərar veriləcək. Qurum daxilində olan əksər komitə və departament rəhbərləri dəyişdiriləcək. Bir sıra struktur dəyişiklikləri də reallaşacaq.