Naço Fernandes “Real”da qalmağa qərar verməyib. Təcrübəli müdafiəçi komandadakı durumundan məmnun deyil və ehtiyatda çox qaldığı üçün klubunu dəyişmək istəyir.
Futbolinfo.az xəbər verir ki, bütün karyeası yetirməsi olduğu Madriddə keçən Naço, ötən yay da komandadan ayrılmaq istəyirdi. Amma son anda qərarını dəyişərək “Real”a sadiq qaldı. İndi isə müqavilə müddəti başa çatır və rəhbərliyin yeni təklifinə müsbət cavab verməyib.
Mərkəz müdafiəçisinin İtaliya, İngiltərə və İspaniyadan bir neçə təklifi var. O, ya daim əsas heyətdə oynayacağı komandaya gedəcək, ya da karyerasını bitirmək üçün “Real”la son müqaviləsini bağlayacaq. 34 yaşlı oyunçu 3 illik anlaşma təklif ediləcəyi və daha çox oynamaq şansı vəd ediləcəyi halda qala bilər.