UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin daha iki oyunu keçirilib.

Futbolinfo.az xəbər verir ki, İspaniya klublarından “Atletiko” evdə, “Barselona” isə səfərdə qələbə qazanıb.

Madrid təmsilçisi öz meydanında Dortmund “Borussiya”sını minimal fərqlə üstələyib. Kataloniyalılar isə Parisdə yerli PSJ-ni məğlub ediblər.

Bu cütlər arasında cavab görüşləri aprelin 16-da keçiriləcək.

Bir gün əvvəl keçirilən qarşılaşmalarda “Real” (İspaniya) “Mançester Siti” (İngiltərə) ilə 3:3, “Arsenal” (İngiltərə) isə “Bayern”lə (Almaniya) ilə 2:2 hesablı heç-heçə edib.

UEFA Çempionlar Liqası
1/4 finalın ilk oyunları

10 aprel

“Atletiko” (İspaniya) – “Borussiya” (Dortmund, Almaniya) 2:1
Qollar: De Paul, 5. Lino, 32 – Alle, 81.
Baş hakim: Marko Quida (İtaliya).
Madrid, “Metropolitano” stadionu.

PSJ (Fransa) – “Barselona” (İspaniya) 2:3
Qollar: Dembele, 48. Vitinya, 51 – Rafinya, 37; 62. Kristensen, 77.
Baş hakim: Entoni Teylor (İngiltərə).
Paris, “Park De Prens” stadionu.

Shares: