Bu gün Avropa Liqasında 1/4 final mərhəsinin ilk oyunları keçiriləcək.

Futbolinfo.az xəbər verir ki, bütün oyunlar eyni saatda başlayacaq.

“Bayer” doğma meydanda İngiltərə “Vest Hem”lə üz-üzə gələcək. “Liverpul” “Atalanta”nı, “Benfika” isə Marsel “Olimpik”ini qəbul edəcək. Yarımfinala digrə vəsiqə uğrunda İtaliya klubları – “Milan”la “Roma” mübarizə aparacaqlar.

Mərhələnin cavab görüşləri aprelin 18-də baş tutacaq.

Avropa Liqası
1/4 finalın ilk oyunları

11 aprel

23:00. “Milan” (İtaliya) – “Roma” (İtaliya)
23:00. “Liverpul” (İngiltərə) – “Atalanta” (İtaliya)
23:00. “Bayer” (Almaniya) – “Vest Hem” (İngiltərə)
23:00. “Benfika” (Portuqaliya) – “Olimpik” (Marsel, Fransa)

Shares: