Minifutbol üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsinə yekun vurulub. Cavab matçlarından sonra mükafatlar uğrunda mübarizə aparan 4 yarımfinalçı müəyyənləşib.

Müntəzəm çempionatda keçirdiyi 15 oyunun hamısında qalib gələn “Zirə” mübarizəni dayandırıb. Bu komanda cavab matçında daha böyük hesabla məğlub olub.

Azərbaycan çempionatı. 1/4 final, cavab oyunları.

 “Abşeron” – “Odlar Yurdu” 2:3 (ilk oyun – 1:4)

“Aznur” – “Zirə” 4:0 (2:0)

“Qalaksi” – “Real Bakı” 0:0, p.-1:3 (1:1)

“İnter” – “Birbaşa Bakı” 3:5 (1:4)

Shares: