Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində təşkil olunan İddiaçılar Turnirində növbəti görüşünə çıxıb. O, VI turda Hindistan təmsilçisi Rameşbabu Praqnanandha ilə qarşılaşıb.

Görüş Abasovun məğlubiyyəti ilə başa çatıb – 0:1. Həmyerlimiz 6 turdan sonra 1,5 xalla 7-ci sıradadır.

Turnir cədvəlinə hərəyə 4 xal toplayan Dommaracu Qukeş və Yan Nepomnyaşi başçılıq edir.

Shares: