“Barselona” və PSJ-nin futbolçuları Çempionlar Liqasının dünənki 1/4 final oyunundan sonra İspaniyanın “Movistar+” telekanalını boykot ediblər.
Texniki zonada eksklüziv müsahibə almaq hüququ olan kanalın jurnalisti Rikardo Sierraya komandanın heç bir oyunçusu danışmayıb. Məlumata görə, buna Parisdəki matçdan əvvəl telekanalın alman şərhçisi Herman Burqosun “Barselona”nın gənc futbolçusu Lamin Yamal barədə uğursuz şərhi səbəb olub.
“Atletiko”nun baş məşqçisi Dieqo Simeonenin sabiq köməkçisi olan və hazırda “Movistar+”la əməkdaşlıq edən Burqos canlı yayımda şərh zamanı deyib: “Futbolda Yamal üçün hər şey qaydasında getməsə, o, dilənməyə başlayacaq”.
Burqos kataloniyalı cinah oyunçusundan üzr istəməyib və açıqlamasını zarafat adlandırıb.
16 yaşlı vinger bu mövsüm “Barselona”nın heyətində bütün turnirlərdə 41 matçda iştirak edib. Yamal 6 qol vurub və 7 məhsuldar ötürmə edib.