“Zalsburq” Luka Suşiçi satmağa hazırlaşır. Avstriya klubu İtaliya və İngiltərədən bir neçə sərfəli təklif alan 21 yaşlı yarımmüdafiəçinin gedişinin əleyhinə deyil.

Futbolinfo.az xəbər verir ki, klubu ilə 2025-ci ilədək müqaviləsi olan oyunçu indiyədək yalnız Avstriya klublarında çıxış edib. “Zalsburq”la yanaşı “Liferinq”də də çıxış etmiş xorvatın transfer dəyəri 18 milyon avrodur.

Suşiç “Leypsiq”in daha çox maraq göstərməsinə baxmayaraq, Bundesliqada oynamaq istəmir. Onun hədəfi İngiltərə Premyer Liqasıdır.

Shares: