Rafael Leao İngiltərədə oynaya bilər. “Milan”ın ulduzu “Arsenal”ın hədəfinə düşüb.

Futbolinfo.az xəbər verir ki, londonlular portuqaliyalı hücumçunu yay transfer pəncərəsində əsas hədəfi seçib. Baş məşqçi Mikel Arteta onun istedadının vurğunudur və rəhbərlikdən keçidin həll olunmasını istəyir.

5 ildir oynadığı “Milan”la 2028-ci ilin yayınadək müqaviləsi olan Leaonun transfer dəyəri 90 milyon avrodur. O, cari mövsümdə meydana çıxdığı 38 görüşdə 12 qol vurub, bir o qədər də məhsuldar ötürmə edib.

Shares: