PSJ-nin müdafiəçisi Markinyos yeni rekorda imza atıb.
Futbolinfo.az xəbər verir ki, Çempionlar Liqasının 1/4 final mərhələsinin “Barselona” ilə ilk oyun (2:3) braziliyalı futbolçu üçün Paris təmsilçisində 436-cı matç olub.
Bununla da Markinyos PSJ-də ən çox oyuna çıxan futbolçu adına yiyələnib. O, Jan-Mark Pilorjeni ötüb (435 oyun, 1975-1989).
29 yaşlı futbolçu 2013-cü ildən PSJ-də çıxış edir və Fransa komandasının kapitanıdır.