İspaniyalı pilot Fernando Alonso komandası ilə sözləşməni uzadıb. Bu barədə “Aston Martin” komandasının rəsmi saytında məlumat verilib. Onun yeni sözləşməsi 2026-cı ilin sonuna qədərdir.
“Mən burada daha çox qalacağıma görəyəm”, – deyə Fernando Alonso sosial şəbəkə hesabında yazıb.
Xatırladaq ki, ispaniyalı pilotun komanda ilə müqaviləsi bu ilin sonuna qədər idi. Onun “Mersedes” və ya “Red Bull”a keçəcəyi ilə bağlı şayiələr dolaşırdı.