Dünən Monte-Karloda 1/8 finalın oyunları keçirilib. Alkarasın imtinasından sonra əsas favoritə çevrilən Novak Cokoviç Lorenso Muzetti ilə qarşılaşıb. Dünya reytinqinin 1 nömrəsi iki setdə italyan tennisçiyə qalib gəlib.

Digər italiyalı idmançı Yannik Sinner isə qələbə qazanıb. O, almaniyalı Struffu mübarizədən kənarlaşdırıb – 6:4, 6:2. Görüş 1 saat 18 dəqiqə davam edib.

¼ finalda Sinnerin rəqibi Holger Rune olacaq. Danimarkalı tennisçi Qriqor Dimitrova 3 setdə qalib gəlib – 7:6, 3:6, 7:6.

Hurkaç – Ruud qarşılaşmasında norveçi qələbə qazanıb. Kasper hər iki setdə rəqibindən üstün olub. Stefanos Tsitsipas isə Aleksandr Zverevi məğlubiyyətə uğradıb.

Shares: