İspaniya mətbuatının verdiyi məlumata görə, Karlos Sayns “Mersedes”lə müqavilə imzalamağa yaxındır. Qəzetlər paddokda dolaşan şayiələrdən sonra belə bir versiya irəli sürüb. Razılaşma ilə bağlı yaxın günlərdə rəsmi açıqlama verilə bilər.

Xatırladaq ki, Karlos ilin sonunda “Ferrari”ni tərk edəcək. Bunun da səbəbi İtaliya komandasının Lyuis Həmiltonla müqavilə imzalamasıdır. Karlos Saynsın da Almaniya komandasına keçəcəyi halında yerdəyişmə baş verəcək.

Hazırda Sayns turnir cədvəlində 4-cü pillədədir. Onun aktivində 55 xal var. Lider isə 77 xal toplayan Maks Ferstappendir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp