Dünən baş tutan oyunlardan sonra Avropa Liqasında və Konfrans Liqasında həftənin ən yaxşısı adına namizədlər müəyyənləşib. 1/4 finalın ilk qarşılaşmalarında fərqlənən futbolçular qalib adı uğrunda mübarizə aparacaq.

Avropa Liqasında Canluica Skamakka (Atalanta), Jonas Hofmann (Bayer), Rafa Silva (Benfika) və Paulo Dibala qalib olmaq şansı qazanıb. Konfrans Liqasında isə Kostas Fortunis (Olimpiakos), Con MakGinn (Aston Villa), Hans Vanaken (Brügge) və Martines Quarta (Fiorentina) dördlüyündən biri seçiləcək.

Qaliblər UEFA-nın saytında keçirilən sorğu nəticəsində məlum olacaq.

b310ee95 dcf1 4c16 967e 4b232fe3e89e - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp