UEFA Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Atalanta”nı qəbul edən “Liverpul” 14 ay sonra “Enfild” stadionunda məğlub olub. “Doğma divarlar” arasında 0:3 hesabı ilə uduzan “mersisaydlılar”ın 1 il 2 aylıq məğlubiyyətisizlik seriyasına son qoyulub.

İngiltərə təmsilçisi buna qədər ardıcıl 34 oyunda məğlub olmamışdı.

Qeyd edək ki, Yurgen Kloppun yetirmələri sonuncu dəfə UEFA Çempionlar Liqasının 1/8 final mərəhləsində “Real”a uduzmuşdu.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp