Milli Basketbol Assosasiyasının növbəti günündə 5 oyun keçirilib. Pley-inə vəsiqə qazana bilməyən “Yuta Caz” və “Hyuston Rokets”in oyunu çox məhsuldar alınıb. Qonaq komandanın basketbolçusu Fred Vanvlit oyunda 42 xal toplayıb. Elə onun son saniyədə qeyri-dəqiq atışı da “Yuta Caz”ın qələbəsini rəsmiləşdirib – 124:121.

“Çikaqo Buls” səfərdə “Detroyt Pistons”u 127:105 hesabı ilə məğlubiyyətə uğradıb. Demar Derozan 39 xalla qələbədə əsas pay sahiblərindən biri olub. Müntəzəm çempionatın qalibi “Boston Seltiks” isə evdə “Nyu-York Niks”ə məğlub olub – 109:118. Ceylen Bransonun aktivində 39 xal var.

Gecə ev sahibləri üçün uğursuz alınıb. “Sakramento Kinqs” və “Portlend Treyl Bleyzers” də doğma arenada məğlubiyyətə düçar olub. Onlar müvafiq olaraq “Nyu-Orlean Pelikans” və “Qolden Steyt Vorriors”a məğlub olublar.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp