Çempionlar Liqasında “Real” – “Mançester Siti” oyunundan sonra qonaq komandanın futbolçusu Erlinq Haland madridlilərin paltardəyişmə otağına gedib.

İspaniya mətbuatının məlumatına görə, forvardın bu hərəkətinin səbəbi Luka Modriçdən formanı istəməsi olub. Norveçli futbolçu müraciəti zamanı Lukanı “əfsanə” adlandırıb.

Xatırladaq ki, Madriddəki qarşılaşma 3:3 hesabı ilə yekunlaşıb. Haland oyunda fərqlənə bilməyib. Onun yaxın illərdə Madrid “Real”ına keçəcəyi ilə bağlı xəbərlər dolaşır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp