Türkiyənin “Fənərbaxça” klubu ciddi itki ilə üzləşib.
Futbolinfo.az xəbər verir ki, İstanbul klubunun müdafiəçisi Ceyden Ostervolde Niderlandda əməliyyat olunacaq.
Konfrans Liqasının 1/4 final mərhələsinin “Olimpiyakos”la Yunanıstanda keçirilən səfər matçının 43-cü dəqiqəsində zədələnən 22 yaşlı futbolçunun durumu ciddidir. O, əməliyyat olunmaq üçün bu gün Niderlanda yollanacaq.
Ostervolde bu mövsüm meydana çıxdığı 41 oyunda 2 qol vurub.