“Fulhem”in hücumçusu Rodriqo Munis İngiltərə Premyer Liqasında mart ayının ən yaxşı oyunçusu seçilib.

Futbolinfo.az xəbər verir ki, braziliyalı forvard ötən ay Premyer Liqada meydana çıxdığı 4 oyunda 4 qol vurub, 1 məhsuldar ötürmə edib.

Braziliyanın “Flamenqo” klubunun yetirməsi olan Munis 2021-ci ildən “Fulhem”də çıxış edir.

“Bornmut”a rəhbərlik edin Andoni İraola isə mart ayının ən yaxşı məşqçisi elan edilib.

Shares: