Basketbol üzrə Avroliqa turnirində “Dördlər finalı”ında iştirak edəcək komandalara ödəniləcək məbləğ məlum olub. Qurumun rəsmi sosial şəbəkə hesabından verilən məlumata görə, turnirin qalibi 1,75 milyon avro alacaq.

Final görüşündə məğlub olan komandaya 990 min avro çatacaq. 3-cü yeri tutan komandaya 880 min avro, 4-cü olana isə 750 min ödəniləcək.

Xatırladaq ki, “Dördlər finalı” Almaniyanın paytaxtı Berlində təşkil ediləcək. Oyunlar mayın 24 və 26-da baş tutacaq. Liqanın son qalibi Madrid “Real”ıdır. İspaniya klubu keçən ilin finalında Yunanıstanın “Olimpiakos” komandasına qalib gəlmişdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp