“Qəbələ” Misli Premyer Liqasının XXX turunun “Turan Tovuz”la evdə keçiriləcək oyununun hazırlıq prosesini başa vurub. 3 futbolçu komandanın məşqinə qatılmayıb.

Futbolinfo.az xəbər verir ki, Ahmed Ayzaya, Ülvi İsgəndərov və Murad Musayev zədə səbəbindən hazırlıq prosesində iştirak etməyiblər.

Qeyd edək ki, bu gün Qəbələ şəhər stadionunda baş tutacaq “Qəbələ” – “Turan Tovuz” qarşılaşması saat 16:30-da başlayacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp