Misli Premyer Liqasınım 30-cu turunda “Neftçi Arena”da “Araz-Naxçıvan”la qarşılaşacaq “Neftçi”də son durum açıqlanıb.
Futbolinfo.az xəbər verir ki, bərpa prosesi keçən Emil Balayevlə yanaşı kəskin respirator virus infeksiyası diaqnozu ilə müalicə alan Ömər Buludov matçı buraxmalı olacaq. Dizindəki ağrılarla bağlı müalicəsi davam edən Aqil Məmmədov və fərdi hazırlıq keçən Ataa Caber də “Araz-Naxçıvan”la matçda meydanda ola bilməyəcək.
Qeyd edək ki, “Neftçi” – “Araz-Naxçıvan” qarşılaşması bu gün saat 19:00-da start götürəcək.