Avropa Liqasında həftənin ən yaxşı oyunçusu müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, “Atalanta”nın hücumçusu Canluka Skamakka həftənin oyunçusu seçilib.

İtaliyalı forvard Avropa Liqasının 1/4 finalında “Liverpul”la səfər matçında (3:0) dubla imza atıb.

Avroliqada həftənin oyunçusu adına namizədlər arasında Yonas Hofmann (“Bayer”), Rafa Silva (“Benfika””) və Paulo Dibala (“Roma”) da yer almışdı.

Shares: