Misli Premyer Liqasında 30-cu turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, ikinci oyun gününün sonuncu qarşılaşmasında “Neftçi” “Araz-Naxçıvan”la üz-üzə gəlib.

“Ağ-qaralar” bu oyunda darmadağına seviniblər.

Bu gün baş tutmuş ilk oyunda “Turan Tovuz” səfərdə “Qəbələ” üzərində 2:1 hesablı qələbəyə sevinib.

Daha öncə “Sumqayıt”la “Zirə”nin oyununda qapılara qol vurulmayıb – 0:0. Tura sabah yekun vurulacaq.

Misli Premyer Liqası
30-cu tur

13 aprel

“Neftçi” – “Araz-Naxçıvan” 3:0
Qollar: Brayan Moreno, 1. Rəhman Hacıyev, 45. İqor Ribeyro, 87.
Hakimlər: Əliyar Ağayev, Eyyub İbrahimov, Asiman Əzizli, Vüqar Həsənli
“Neftçi Arena”, 19:00.

Neftçi: 93. Rza Cəfərov, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 4. Mark Tamaş, 99. Ervin Koffi, 44. Yuri Matias, 9. Andre Şinyaşiki, 88. Brayan Moreno, 77. Yeqor Boqomolski.
Ehtiyat oyunçular: 1. İvan Brkiç, 95. Rəvan Kazımov, 2. Qara Qarayev, 7. Azər Əliyev, 91. Ağadadaş Salyanski, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 6. Dieqo Valdes, 20. Alfa Konte.
Baş məşqçi: Miodraq Bojoviç.
Araz-Naxçıvan: 12. Kristian Avram, 10. Orxan Əliyev (k), 39. Tural Bayramlı, 3. Turan Manafov, 2. Abdulla Rzayev, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 42. Məhəmməd Kadiri, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 27. Numan Kurdiç.
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 6. Vadim Abdullayev, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 17. İldar Ələkbərov, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Ramin Nəsirli, 13. Mirəli Əhmədov, 9. Elvis Maşike.
Baş məşqçi: Elmar Baxşıyev.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp