“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 30-cu turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri səfər oyunundan sonra fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, o, 2:1 hesabıyla qalib gəldikləri oyunla bağlı bunları dilə gətirib:

“Çətin olacağını bilirdik. “Qəbələ” də qalib gəlmək istəyirdi. Yeni məşqçi gələndən sonra bütün oyunlarda yüksək səviyyədə mübarizə aparıblar. Bu gün çox aqressiv idilər. Bundan əvvəlki oyunlarda Qəbələdə məğlub olmuşduq. Burada oynamaq da çətindir. Bu gün futbolçularım əzmkarlıq göstərdilər. Çempionatın sonudur, psixoloji savaş da gedir. Oyunun içində futbolçular əsəbiləşəndə bəzən oyun alınmır. İlk dəqiqədən yaxşı imkanımız oldu. Qolu vursaydıq, daha rahat ola bilərdik. Uduza da bilərdik. Ondan sonra oyun orta sahədə getdi. Bir səhv rəqibə üstünlük verdi. Uzaqdan zərbə qol oldu. İkinci hissədə dəyişiklik etdik, riskə də getdik. Epizodlar da oldu. Sevinirəm ki, futbolçular sonda geri dönüş etdilər. Buna ehtiyacımız var. Futbolçularda özünəinam önəmlidir. Azarkeşlərimizə təşəkkür edirəm. Həqiqətən möhtəşəm dəstək verdilər. Bundan sonra hər oyun daha da çətin keçəcək”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp