Gələn həfrə Barselonada başlanacaq tennis turnirində püşkatma mərasimi keçirilib.

ATP-500 turnirində ən güclü reytinqə malik Karlos Alkaras ilk mərhələni buraxacaq. İkinci mərhələdə onun rəqibi Lyuk Van Aş – Can Cicen cütünün qalibi olacaq. Xatırladaq ki, ispaniyalı tennisçi hazırda davam edən Monte-Karlo turnirində zədə səbəbilə oynamaqdan imtina etmişdi.

Zədəyə götə “Masters”i buraxan digər tennisçi Rafael Nadalın da rəqibi məlum olub. İspan tennisçi İtaliyadan olan Flavio Kobolli ilə qarşılaşacaq. Nadal finala qədər gedən yolda mütləq Alkarasla qarşılaşmalıdır.

Barselonadakı turnir aprelin 15-dən 21-dək davam edəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp