Basketbol üzrə Avroliqa turnirində müntəzəm çempionat başa çatıb. “Olimpiakos” – “Fənərbağça” qarşılaşması 5-ci yerin sahibini müəyyənləşdirib.

Gərgin keçən matçın taleyi overtaymda müəyyənləşib. Meydan sahibləri 84:81 hesabı ilə qələbə qazanıblar. Bununla da “Olimpiakos” pley-offun ilk mərhələsində “Barselona”ya rəqib olub. “Fənərbağşa” isə “Dördlər finalı” yolunda “Monako” ilə qarşılaşmalıdır.

İtaliyada “Virtus” İspaniyanın “Baskoniya” komandasına məğlub olub. Bu məğlubiyyət nəticəsində onlar çempionatı 10-cu sırada başa vurublar. “Virtus” pley-ində ilk turda “Anadolu Efes”in qonağı olacaq. “Baskoniya isə gələn həftə “Makkabi” ilə qarşılaşacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp