Bəzi qəzetlərin məlumatlarına görə, Formula 1-də “Audi” komandası Pyer Qasli və Esteban Okonla danışıqlara başlayıb.

Xatırldaq ki, “Audi” 2026-cı ildən çempionata gələcək. Məhz reqlamentin dəyişdirilməsindən sonra indiki “Zauber” “Audi” adlanacaq.

Komanda hazırda “Alpin”də çıxış edən fransız pilotların xidmətində maraqlıdır. Əvvəlcə “Audi” Karlos Sayns və Lyuis Həmiltonu komandaya gətirmək istəyirdi. Lakin ingilis pilot “Ferrari” ilə müqavilə imzaladı, Sayns isə “Mersedes”ə keçməyə yaxındır.

Əlavə edək ki, Okon və Qaslinin “Alpin”lə sözləşməsi gələn ilin dekabrında başa çatır.

Shares: