“NBA University” 2023-2024 mövsümünün ən effektiv beşliyi açıqlayıb.

Bu heyətə “Filadelfiya Siksers”dən Tayriz Maksi, De Entoni Melton, Coel Embiid, Nikolya Batyum və Tobiay Harris düşüb. Onun “Net Rating” göstəricisi müsbət 33,3-ə bərabər olub.

İkinci yerə “Nyu-York Niks”in beşliyi salınıb. Ceylen Branson, Maylz Makbrayd, Coş Hart, Ayzeya Haytenştayn və Donte Divinçenso beşliyinin göstəricisi +33,1-dir.

Siyahıya düşmək üçün heyətdə olan beşliyin üzvləri ən azı 300 dəqiqə birlikdə meydançada olmalıdırlar.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp