Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Honqkonqda təşkil olunan Olimpiya Təsnifat turnirində növbəti oyununa çıxacaq.

Futbolinfo.az xəbər verir ki, yığmamız yarımfinalda Macarıstan kollektivi ilə üz-üzə gələcək.

Qarşılaşma saat 11:30-da başlanacaq.

Digər yarımfinal görüşündə Niderland və Polşa seçmələri görüşəcəklər.

Turnirin qalibi Paris-2024 Yay Olimpiya Oyunlarına yeganə vəsiqəyə sahib çıxacaq

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp