Tennis oyunları zamanı tez-tez məşhur simaları, o cümlədən futbolçuları tribunalarda görmək mümkündür. Bu dəfə isə futbol oyununda tennisçilər oyunu izləyiblər.

Almaniya Bundesliqasının 29-cu turunda “Ştutqart” və “Ayntraxt” qarşılaşıb. Ştutqart şəhərində keçirilən oyunda tribunalarda Arina Sobolenko və Ons Jaber də matçı izləyənlər arasında olub. “Böyük dəbilqə” seriyalı turnirlərin qalibləri olan xanımlar, şəkillərini sosial şəbəkə hesablarında paylaşıblar.

Meydan sahibləri 3:0 hesabı ilə qələbə qazanıb. Arina Sobolenko “Ştutqart”a azarkeşliyini gizlətməyərək, hər qola xüsusi storiz həsr edib.

1713038180510368918 1 - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp