Bu gün Milli Basketbol Assosasiyasında müntəzəm çempionat sona çatacaq. Ənənəvi olaraq çempionatın son günündə bütün komandalar meydançaya çıxacaq. Ümumilikdə 15 oyun baş tutacaq.

MBA-nın təqviminə uyğun olaraq, oyunlar iki vaxtda başlayacaq. Bakı vaxtilə saat 21:00-da 7 oyun start götürəcək. Qalan 8 oyun isə 23:30-da başlayacaq.

Əsas intriqalardan biri Qərb konfransında qalibin kim olacağıdır. Son illərdə ilk dəfədir ki, qalib axırıncı günə qədər müəyyənləşməyib. 3 komandanın qələbə və məğlubiyyət sayı eynidir. Əlavə göstəricilərə görə hələlik  “Oklahoma-Siti Tanders” “Minnesota Timbervulvz” və son çempion “Denver Naggets”i qabaqlayır. Evdə “Dallas Maveriks” i məğlub edəcəkləri təqdirdə onlar konfransda qalib olaraq meydan üstünlüyünə sahib çıxacaqlar.

Digər bir intriqa birbaşa pley-offa vəsiqənin hansı komanda tərəfindən qazanılacağıdır. Şərq konfransında 5-ci sırada “Filadelfiya Siksers”, 6-da “İndiana Peysers” və 7-də “Orlando Mecik”dir. Hər 3 komandanın 46 qələbəsi var. 8-ci yerdə qərarlaşan “Mayami Hit” onlardan bir qələbə geri qalır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp