Milli Hokkey Liqasında “Stenli kuboku” uğrunda ilk pley-off cütü məlum olub. İlk mərhələdə “Kolorado Evelanş”la “Vinnipeq Cets” komandaları qarşılaşacaq. Bu məlum olan ilk pley-off cütüdür.

Komandalar bu vaxta qədər “Stenli kuboku”nda qarşılaşmayıb. Cari mövsümdə “Vinnipeq” hər 3 oyunda rəqibini məğlubiyyətə uğradıb. Dünən keçirilən qarşılaşmada onlar Kolorado komandasına 7:0 hesabı ilə qalib gəliblər.

Hansı komandanın ev üstünlüyü olacağı isə hələlik məlum deyil. Hazırda “Vinnipeq Cets” rəqibini 2 xal qabaqlayır.

Müntəzəm çempionat aprelin 19-da yekunlaşır. Pley-oflar isə 21-də start götürür. “Stenli kuboku”nun sahibi ən gec iyunun 24-də məlum olacaq.

Shares: