Bu gün Misli Premyer Liqasında 30-cu tura yekun vurulacaq.

Futbolinfo.az xəbər verir ki, sonuncu oyun gününün ilk qarşılaşması “Səbail”lə “Kəpəz” arasında keçirilib.

Altı qolluq matçda qalib müəyyənləşməyib.

Turun son matçında isə “Sabah” artıq çempionluğu təmin etmiş “Qarabağ”ı qəbul edəcək.

Daha öncə “Sumqayıt”la “Zirə” qolsuz heç-heçəyə razılaşıblar, “Qəbələ” evdə “Turan Tovuz”a 1:2 hesabıyla uduzub. “Neftçi” isə evdə “Araz-Naxçıvan”ı 3 cavabsız qolla məğlub edib.

Misli Premyer Liqası
30-cu tur

14 aprel

“Səbail” – “Kəpəz” 3:3
Qollar: Pedro Nuno, 39. Aleksandr Ramalinqom, 53. Rüfət Abdullazadə, 73 – Elmir Tağıyev, 25. Latir Fall, 29. Mate Kvirkviya, 90+6.
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Zöhrab Abbasov, Rövşən Rəcəbov
“ASCO Arena”, 16:30

Səbail: 1. Səlahət Ağayev, 5. Adil Nağıyev (k), 74. Yusif Nəbiyev, 17. Rafael Məhərrəmli, 88. Valdemar Almeyda, 77. Ayub Masika, 9. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 3. Silven Deslandes, 21. Anas Najah, 7. Madi Keta.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 6. Cabir Əmirli, 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 11. Rüfət Abdullazadə, 4. Adi Mehremiç, 44. Yadin Luqasi, 14. Suleyman Alluş.
Baş məşqçi: Şahin Diniyev.
Kəpəz: 96. İqor Rodriqes, 29. Amil Yunanov, 10. Tural Rzayev, 14. Elçin Əlicanov, 4. Vüsal Məsimov, 88. Şakir Seyidov, 91. Latir Fall, 25. Georgi Papunaşvili, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 99. Əli Səmədov, 8. Elmir Tağıyev, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 33. Camal Cəfərov, 22. Rüfət Əhmədov, 15. Cavad Kərimov, 26. Adama Niane.
Baş məşqçi: Adil Şükürov.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp